Cəbrayıl şəhərinin mərkəzindəki əsas memarlıq abidələrindən biri olan XIX əsrə aid Sultan Allahverdi hamamı mənfur düşmən tərəfindən məhv edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Yerli əhəmiyyətli memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı ı erməni vandalizmi nəticəsində dağıdılıb.
Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərindəki tarix və mədəniyyət abidələrinə münasibətdə vandalizm aktlarının davam etdirilməsi Azərbaycan xalqının mədəni sərvətlərinin məhv edilməsi məqsədini daşıyır. İşğal altındakı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, bir qismini erməniləşdirmək, Azərbaycan xalqına məxsus mədəni irs nümunələrini mənimsəmək kimi qeyri-qanuni fəaliyyət Ermənistan Respublikasının məkrli siyasətinin əsasını təşkil edir.
Ramid İbrahimov