Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın yolunu kəsdilər, səfəri yarımçıq qaldı - Video
Paşinyanın yolunu kəsdilər, səfəri yarımçıq qaldı - Video

Son günlər Ermənistanın cənubunda ciddi narahatlıq yaşanır.

Qafan rayonunun sakinləri bəzi əlverişli mövqelərin Azərbaycana qaytarılmasına etiraz edir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-də ölkənin cənubuna səfər edib. O, əvvəlcə Sünik vilayətində olub. Hökumət rəhbəri sakinlərlə görüşüb. Ona münasibət çox da isti olmayıb. Paşinyan sakinlərə əlverişli mövqelərin Azərbaycana verilməsini izah etməyə çalışıb. Baş nazir sovet dövründəki sərhədlərin əsas götürüldüyünü deyib. Sakinlər onun sözlərini anlayışla qarşılamayıb.

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Paşinyan ermənilərin Sarnakunk adlandırdığı Saybalı kəndində də olub. Bundan sonra Gorus, Qafan və Mehriyə səfər planlaşdırılıbmış. Amma sakinlərin yolu kəsməsi səfəri yarımçıq qoyub. Paşinyan yolun bağlanmasından məyus olmadığını deyib. O, istənilən halda dəstək gördüyünü dilə gətirib.

Son xəbərlər
Bütün xəbərlər »