Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən Covid-19 Pandemiyası ilə əlaqədar Xüsusi Karantin Rejiminin 14 dekabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək sərtləşdirilməsi ilə bağlı “Azərişıq” ASC qarşıdakı günlər ərzində gücləndirilmiş iş rejimini davam etdirəcəyi barədə mətbuata açıqlama verib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat verib.
Pandemiya dövründə istehlakçılar bildirişləri sistem vasitəsilə risksiz əldə edə bilər, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı var.
Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcəkdir. Təlimat linkdə;
(elektron bildiriş və online ödəniş) https://youtu.be/y83UBXj-j08
Əlavə olaraq qeyd etmək istərdik ki, “SMART” sayğaclarla təchiz edilmiş abonentlərə "card
reader"lər təqdim olunub. Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki,
evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər".
Xüsusi karantin dövründə ödəmə məntəqələrinin və müxtəlif ödəniş şirkətlərə aid
terminalların bağlı olması səbəbi ilə istehlakçılarımızın SMART kart sayğaclarının balansının
artırılması problemi yaranmışdır. Layihədə istehlakçılarımız sadə bir qurğu əldə etməklə evdən
internet vasitəsilə smart kart sayğac balansını artıra bilərlər.
Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən ödəniş
etməklə əldə edə bilərlər.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza
xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edir. Abonentlərimizdən xahiş edirik ki, hər
hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə
saxlasınlar.