Ermənistanda 3 günlük matəm elan ediləndən bəri xalq küçələrdən yığışmır. Onlar matəmdən daha çox üsyan ab- havasındadırlar. Məğlub olmuş erməniləri indi Azərbaycana nifrət yox, əsir düşmüş övladlarının taleyi barədə narahatlıq hissi birləşdirib. Erməni cəmiyyəti ölkədəki idarəetmədən narazıdır.
Azadlıq radiostansiyasına danışan bir erməni ana bütün ümidlərini yalnız Azərbaycan prezidenti İlham Əliyevə bağladığını dilə gətirib. “ Biz erməni əsgərlərin və əsirlərin anası bilirik ki, yardım istəsək o əlimizdən tutacaq, bizim arxamızca təyyarə göndərsinlər, biz Azərbaycana gedək. Biz Azərbaycan əsgərinindən qorxmuruq. Bilirik ki, onlar bizi öldürməyəcəklər. Mən bunu Nikol Paşinyana da demişəm. O dedi düşünəcək. Günah bizim əsgərlərimizdədir. Onlar öldürülən Azərbaycan əsgərlərini traktorla qazıb basdıranda bilməliydlər ki, bizimkiləri də eyni tale gözləyir. Sonra Azərbaycan tərəfi həmin traktor sürəni tapıb üzə çıxartdı, o kütləvi məzarlığın yerini aşkarlayıb öz əsgərlərinə ölənlərinə sahib çıxdı. Azərbaycanda hər bir əsgərə sahib çıxırlar. Siz media nümayəndələri mənim bu sözümü Azərbaycan Prezidenti İlham Əliyevə çatdırın. Çatdırmasanız demək ki, siz də satqınsınız. Bizə yalnız o kömək edə bilər”,- deyə əsgər anası bildirib.
Maraqldır ki, Azadlıq radiostasiyasının rus və erməni dillərində yayımlanan bu videoçarxında müharibəyə Ermənistan rəhbərliyinin təxribatçı çıxışlarının səbəb olduğu qeyd edilib.
“Bu gün hakimiyyəti devirib yenidən vəzifəyə gəlmək istəyən müxalifətçilər məhz vaxtilə bu qanlı münaqişənin başlanmasına səbəb olanlar, keçmiş ölkə rəhbərləridirlər”. Kanal erməni xalqının öz rəhbərliyinin sarsaq və millətçi ideyalarının əsirinə çevrilməsi, İlham Əliyevin erməni əsilli Azərbaycan vətəndaşlarının yendiən Qarabağda yaşaya biləcəyi barədə bəyanatı barədə də məlumat verib.
İlhamə