Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda "avtoşluq" edən "Kamaz" sürücüsü ələ keçib
DYP - Dövlət Yol Polisi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bakıda yol hərəkəti qaydalarını pozan "Kamaz" sürücüsü ilə bağlı yayılan video barədə araşdırma aparıb.

Bizimyol.info xəbər verir ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisəni törədən şəxs nəqliyyat vasitəsilə birlikdə saxlanılıb: "Hadisə dekabrın 18-də axşam saat 21:30 radələrində baş verib. Paytaxtın Nobel prospektində "Kamaz" markalı 10 HZ 667 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Şüvəlan qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədov Balaəhməd Ağaəhməd oğluna yük maşınlarının qadağan olduğu ərazidə avtomobil idarə etdiyi üçün polis tərəfindən "Saxla!" əmri verilib.

Lakin sürücü müvafiq sənədləri olmadığı üçün polisin qanuni əmrinə əhəmiyyət vermədən ərazidən qaçmağa cəhd edib. Polis əməkdaşlarının səyi nəticəsində avtomobil sürücü ilə birlikdə saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində müvafiq sənədləşdirilmə aparılaraq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə təhvil verilib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Son xəbərlər
Bütün xəbərlər »