Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yenidən devalivasiya təhlükəsi varmı? – İqtisadçıdan açıqlama
Manat - Maaş

2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Büdcə lahiyəsinin açıqlanmasından sonra bəzi iqtisadçılar arasında devalivasiya təhlükəsinin yaranacağı ilə bağlı narahatlıq yaranıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, proqnozlarında 80 faiz devalivasiyaya gedilməsi istiqamətində idisə, artıq gözləntiləri 60 faizə qədər enib.

Rəşad Həsənov Rəşad Həsənov

“Büdcə layihəsi açıqlanana qədər mənim devalivasiya ilə bağlı gözləntim daha çox idi. Hesab edirdim ki, işğaldan azad olunan ərazilərin bərpası, təmiri, müvafiq infrastruktorun formalaşdırılması ilə bağlı xərclər daha çox olacaq. Büdcə layihəsi açıqlandı və məlum oldu ki, 2.2 milyard manat xərc nəzərdə tutulub. Ümumiyyətlə büdcənin kəsiri üç milyard manat ətrafındadır.

Büdcə kəsirinin maliyyələşdirmə mənbələri əsasən 4 istiqamətdə nəzərdə tutulub. Burada xəzinadarlıq qalığı, daxili və xarici borclanma, dövlət müəssisələrinin özəlləşdirilməsi və s. istiqamətlərdir.

İndiki halda büdcə kəsirinin müvafiq mənbələr hesabına kompensasiya edilməsi mümkün görünür. Eyni zamanda büdcə layihəsi hazırlanarkən manatın məzənnəsi 1,7 nəzərdə tutulub. Baxmayaraq ki, hökümət neftin qiymətini dəyişib 35 dollardan 40 dollara artırdı, lakin hələ də bu məsələdə hada ethiyyatlıdır. Ümumi hökümətin büdcə layihəsinə baxsaq görərik ki, hökümət daha ethiyyatlı, fizikalı siyasət həyata keçirmək istəyir. Hər hansı ciddi “şok”lar olmasa, bu gün açıqlanan layihə icra oluna biləndir.

Göləyirdim ki, büdcə kəsiri çox olacaq və bu da devalivasiya ilə nəticələnə bilər. Proqnozlarımda 80 faiz devalivasiyaya gedilməsi istiqamətində idisə, artıq gözləntilərim 60 faizə qədər enib. Təbii ki, burada başqa faktorlar da var. Hökümət 3 ay sonra bu məsələlərə necə baxacaq? İndi hər şey istidir və hökümət post-pandemiya, post-müharibə dövrünə tamamilə fərqli yanaşma qoymasa, ciddi risklərlə üz-üzə qalacaq. Həmin vaxt əgər hökümət iqtisadiyyatda üzən məzənnə rejiminə keçid kimi qərarlar qəbul edərsə, bu zaman devalivasiya ehtimalları var”.

Rəşad Həsənovun sözlərinə görə, çox az ehtimal olunsa da, xarici borclanma ilə bağlı risklər yarana bilər

“Xarici faktorlarda var burada. Çox az ehtimal olunsa da, xarici borclanma ilə bağlı risklər yarana bilər. Çünki 2020-ci ildə dünyada çox şiddətli borclanma gedib. 2021-ci ildə isə borc uğrunda rəqabət daha kəskin hal alacaq. Ola bilsin bununla bağlı problemlər çıxsın və hökümət müvafiq alətdən istifadəyə qərar versin”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »