Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankı “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Yashat_press

Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq “YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna 1 milyon manat məbləğində ianə edib.

Digər hüquqi və fiziki şəxslər də “YAŞAT” Fonduna ianələrini Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi ilə, Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada, yaxud filial və şöbələrdə bu rekvizitlərlə köçürə bilərlər.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Vətən müharibəsində qazandığımız Zəfərə görə şəhidlərimizin, ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanmış döyüşçülərimizin qarşısında əbədi minnətdarlıq borcumuz var. İndi isə bu Zəfəri bizə qazandırmış insanlara - şəhidlərimizin ailələrinə, yaralılara sosial qayğı məsələlərində də milli həmrəylik zamanıdır. “YAŞAT” Fonduna ianələr dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərə ictimaiyyətin, o cümlədən biznesin əlavə dəstəyidir. Azərbaycan Beynəlxalq Bankı olaraq biz də bu prosesdən kənarda qalmadıq”.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr tarixli Fərmanı ilə təşkil edilib. Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də “YAŞAT” Fondunun məqsədlərinə daxildir.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »