Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Büdcədə neftin qiymətinin 40 dollar nəzərdə tutulması məqsədəuyğundur”
Vüqar Bayramov

“2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 ABŞ dolları nəzərdə tutulub. Bu, məqsədəuyğundur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, 2020-ci ilin dövlət büdcəsində ilkin olaraq bu qiymət 55 dollar, daha sonra pandemiya səbəbindən 35 dollar götürülməsi nəzərə alınmalıdır: “2020-ci ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin artması müşahidə olundu. Son günlər də neftin dünya bazar qiymətində artımlar müşahidə olunur. Hazırda neftin dünya bazar qiyməti 50 dollardan yüksəkdir. Eyni zamanda beynəlxalq Enerji Akademiyası 2021-ci ildə neftin dünya bazar qiymətinin orta hesabla 44 dollar olacağını proqnozlaşdırır. Büdcə layihəsində olan qiymət beynəlxalq proqnozlara uyğun olaraq, hazırlanıb. Təbii ki, növbəti ildə neftin dünya bazar qiymətinin necə dəyişməsi eyni zamanda pandemiyanın miqyasından asılı olacaq. Pandemiyanın miqyası məhdudlaşarsa, bu neftin dünya bazar qiymətində artımlara səbəb olacaq. Amma pandemiya daha da genişlənərsə, bu qiymətə neqativ təsir göstərə bilər. Bununla belə, büdcə layihəsində beynəlxalq bazarlarda neftin qiymətinin azalması da hesablanıb. Qiymət 40 dollardan aşağı olarsa, hökumət tərəfindən bunun mövcud qeyri-neft gəlirlərində və ümumi gəlirlərdə azalma tempi fonunda tarazlaşdırmaq imkanları olacaq”.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »