Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaşı oğlu Əhməd Ərdoğanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Bizimyol.info xəbər verir ki, başsağlığnda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"