Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən yeni “B.1.1.7” virusu ilə bağlı açıqlama
Koronavirus xəstələri

Ümumdünya Səhiyyə Təşkilatı yeni virusun yayılması ilə bağlı bütün ölkələrə xəbərdarlıq edib.

"Koronavirusun mutasiyaya uğramış yeni formasına İngiltərə ilə yanaşı, artıq Hollandiya, Danimarka və Avstraliyada da rast gəlindi. Bütün ölkələrə daha sərt tədbirlər görülməsi üçün müraciət edirik",-deyə müraciətdə bildirilir.

Bizimyol.info-ya açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, 1il ərzində dünya üzrə “COVİD-19”a yoxuxanların sayı 70-80 mln çivarıdırsa, mutasiyaya uğramış virusda isə bu rəqəm daha böyük ola bilər.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Dünən informasiya vasitələrində yeni virus haqqında məlumatlar çıxdı. İngiltərənin baş naziri xüsusi iclas çağırdı və xüsusi təhlükəli vəziyyət elan olundu. Xəbərlərdə də gördük ki, insanlar kütləvi şəkildə panikaya düşərək şəhərləri tərk edirlər. İsrailin baş naziri Netanyahu isə dünən peyvənd olunmasına baxmayaraq, “bütün dünya təcili olaraq qapadılmalıdır” çağırışı etdi. Dünyanın ən məlumatlı ölkəsinin baş nazirinin belə çağırış etməsi yəqin ki, müəyyən bilgilər əsasında baş verib.

İndidən nəsə demək çox çətindir. Lakin artıq açıqlanıb ki, yeni virusun ölüm faizi əvvəlki kimidir. Yəni “COVİD-19”-dan daha təhlükəlisi, daha pisi deyil. Sadəcə yoluxma faizi daha yuxarıdır. 1il ərzində dünya üzrə “COVİD-19”a yoxuxanların sayı 70-80 mln çivarıdırsa, mutasiyaya uğramış virusda isə bu rəqəm daha böyük ola bilər”.

Həkim peyvənd olunmuş xəstələrin daha təhlükəsiz və ya onlar üçün də eyni təhlükənin mövcud olub,olmaması barədə məsələyə aydınlıq gətirərək bildirib ki, “COVİD-19” peyvəndləri yeni versiyada işə yaramayacaq.

“Bu barədə nəsə demək üçün tezdir. Artıq məlumdur ki, Quş qripi də, Donuz qripi də (H1N1) hardasa oxşar viruslar idi. Yəni koronavirus dünya üçün yeni bir şey deyil. Sadəcə 19-cu versiya yeni idi. Covidin ilk yayıldığı aylarda Rusiya açıqlama verməyə başladı ki, bu barədə bizdə peyvənd var. Təbii ki, onlarda olan köhnə koronavirus peyvəndləri idi. Ona görə də nəticəsi olmadı həmin peyvəndlərin.

Təxmin etmək olar ki, indiki “COVİD-19” peyvəndləri yeni versiyada işə yaramayacaq. Ən yeni növün ömrü nə qədər olacaq? “COVİD-19” kimi təxmini iki iləmi, yoxsa elə Avropadamı sönəcək? Bütün dünyaya yayılıb daha ağır hallara məruz qoyacaqmı? Bu suallara cavab vermək üçün hələ çox erkəndir.

2019-cu ildə noyabr ayında ilk siqnallarda, xəbərlərdə Azərbaycan heç bir reaksiya verməmişdi. Düşünürəm bu səhvi təkrarlamamaq lazımdır. Hər ehtimala qarşı hazır olmaq lazımdır. İngiltərədə kifayət qədər soydaşlarımız yaşayır. Orada vəziyyət ciddiləşərsə və onlar Azərbaycana geri dönərsə, kifayət qədər ciddi nəzarət altında, karantində saxlanılmalıdırlar. İstənilən halda insanlar özünü qorumalıdır. Qorumağında tək yolu isə hazırda maska, məsafə, gigiyena qaydalarına əməl etməkdir. Gerisini isə elmi tədqiqatlar, araşdırmala, labarator təcrübələr və zaman göstərəcək”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »