Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mutasiyaya uğramış koronavirus B.1.1.7 hələ sentyabrda peyda olubmuş
Karantin koronavirus maska dezinfeksiya

Rusiya Fundamental və Tərcümə Tibb Tədqiqat Mərkəzinin yoluxucu xəstəliklər eksperimental modelləşdirmə və patogenezi şöbəsinin müdiri Aleksandr Şestopalov bildirib ki, Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus xüsusi virus deyil və onun yeni variantının dominant ola biləcəyini söyləmək hələ tezdir, bununla belə, SARS-CoV-2 tədqiqatı davam etdirilməlidir.

Bizimyol.info İnterfaks-a istinadən bildirir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu söyləmişdi.

Lakin Şestopalovun fikrinə görə, viruslar hər zaman yüksək sürətlə mutasiyaya uğrayır. Yeni növştammdan da ölüm sayı 1-3 faiz aralığında qalır. O sadəcə daha sürətlə yayılmaq qabiliyyətinə malikdir”.

Britaniyalı doktor Syuzan Hopkins Sky News telekanalına bilidirb ki,adı çəkilən B.1.1.7 virus hələ sentyabr ayında İngiltərənin cənub şərqində aşkarlanmışdı.

“Əvvəl o bir xəstədə sentyabr ayında aşkarlandı, genomu isə oktyabr ayında açıldı. Əvvəlcə mütəxəssislər ona əhəmiyyət vermədilər. Lakin noyabr ayının əvvəlində Kent qraflığında yeni mutasiya ocaqları aşkarlandı, görülən tədbirlərə baxmayaraq xəstəlik səviyyəsi azalmadı. Nəticədə hökumət dekabrın 11-də epidemioloji vəziyyətin dəyişməsi barədə xəbərdarlıq etməli oldu. Bu virusun analoji ştammları Danimarka, Avstarliya, bənzər ,lakin daha təhlükəli variantları CAR, Niderlandda da aşkarlanıb”.

Qeyd edək ki, koronavirusun daha sürətlə yayılan yeni B.1.1.7 ştammı barədə məlumat yaydıqdan sonra 20-dən çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

İlhamə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »