Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVID-19 xəstəsi olan sürücü karantin postunda saxlanılıb
Polis postu

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü aktiv koronavirus xəstəsi olduğunu müəyyən ediblər.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Polis əməkdaşları həmin şəxsi tibbi prosedurlar gözlənilməklə Oğuz rayonunun Mollalı kəndində yaşadığı ünvana göndəriblər.

B.Hacıyev barəsində polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »