Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Xankəndində ermənilərin satdığı evləri Azərbaycan dövləti almalıdır
Xankəndi

Bir neçə gündür sosial şəbəkələrdə Xankəndində yaşayan ermənilərin öz evlərini satışa çıxarması məsələsi müzakirə olunur. Sosial şəbəkə izləyicilərinin demək olar ki, hamısı bir məsələdə həmfikirdir. “O satılan evləri azərbaycanlılar almalıdırlar”. Amma qəribə bir reallıq da var. Ermənilər satışa çıxardıqları evlərə fantastik qiymətlər qoyublar. Xankəndində ev alqı-satqısı hansı qaydalarda aparıla bilər? Alqı-satqının hüquqi əsası olacaqmı? Bu işdən Azərbaycan dövləti necə karlı çıxa bilər?

Bizimyol.info-nun suallarını əmlak eksperti Elnur Fərzəliyev cavablandırır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Satış qiymətlərinə nəzər salsaq, mənzillərin qiymətlərinin şişirdilmiş olduğunun şahidi oluruq. İki otaqlı mənzil 45-48 min dollar civarında satışa çıxarılıb. Bu Sumqayıt şəhərindəki mənzillərin qiymətindən daha baha qiymət deməkdir. Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addımdır. Onların əsas məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir”,- deyə Elnur Fərzəliyev bildirib. O məsələnin onralar bizim üçün problemə çevrilməməsi üçün təklif də səsləndirib.

Ekspertin sözlərinə görə, bu evlərin alqı- satqısı zamanı bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır.

“Təklif edərdim ki, ilk növbədə Şuşa şəhərində “ASAN XİDMƏT” Mərkəzinin modul tipli bir filialı açılsın və qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləğv olunaraq, sənədləşmələr Azərbaycan Respublikasının Konstutsiyasına və qanunvericiliyinə uyğun aparılsın. İşğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq azərbaycanlı yaşayıb. Bu gün biz Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı oraya yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıyıq. Bu isə çox uzun zaman alacaq. Ona görə də ilk növbədə, ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq etmək və ermənilərin satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi yerləşdirməliyik. Lakin satılan əmlak qiymətləri ermənilərin şişirdilmiş qiymətləri deyil, real bazar qiymətləri ilə dəyərləndirilməlidir. Bunun üçün isə həmin ərazilərə yerli və xarici qiymətləndirmə şirkətlərini dəvət edərək monitorinqlər aparılmalı və əmlakların real bazar dəyəri müəyyənləşməlidir”.

Əmlak ekspertinin fikrinə görə, ermənilərdən satın alınmış hazır evlərə həmin ərazidən köçkün düşmüş soydaşlarımızın yerləşdirilməsi ilə yerli əhalinin geri qaytarılma prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər.

İlhamə

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »