Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəfn mərasimində iştirak edən koronavirus xəstəsinə cinayət işi açılıb
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto

Cəlilabadda dəfn mərasimində iştirak edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib. Cəlilabad şəhər sakini E.Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub. Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən və bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıb.

E.Verdiyevin barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Son xəbərlər
Bütün xəbərlər »