Ermənistanın informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış media eksperti Samver Martirosyan hesab edir ki, Ermənistan əhalisi daha yerli media orqanlarının xəbərlərindən çox Azərbaycandan alınan xəbərlərə inanırlar.
“Dövlət idarəçiliyində yaranmış kollaps bir çox siyasi güclərin öz məqsədlərinə çatmaq üçün fəaliyyətə başlamasına səbəb olub. Yalan informasiya həddən artıq çoxdur. Baş verənlər ölkəni uçuruma aparır. Bu fonda erməni cəmiyyətinin böyük hissəsi Azərbaycandan gələn informasiyaya daha çox inanır və bu tendensiya getdikcə artmaqdadır.
Dövlət rəhbərliyi xalqa ən yaxşı halda gecikmiş informasiyanın çatdırılmasına imkan verir. Belə olan halda xalqın alternativ informasiya mənbəyi axtarışına çıxması normaldır. Əsasən Azərbaycan və Rusiya informasiya məkanlarına üz tutmaqla xəbər almağa çalışırlar. Xalqın inamı, etimadı itib. Bu vəziyyəti necəsə düzəltmək olar. Lakin, bunun üçün ciddi iş görülməlidir”,- deyə ekspert bildirib.
İlhamə