Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada koronavirusdan qoruyan medalyon yaradılıb - Foto
Ispaniya - koronavirus

Fransalı alimlər havada koronavirusların 93,5 faizə qədərini məhv edə biləcək bir cihaz yaradıblar. O, medalyona bənzəyir və boyuna taxılır.

Bu barədə “Le Parisien” qəzeti xəbər verir.

İvelin departamentində yerləşən şirkət, əvvəlcə malyariyaya qarşı cihazların hazırlanmasında ixtisaslaşmışdı. Alimlər malyariya ağcaqanadlarının insanın qoxu molekullarına doğru uçduğunu öyrəniblər. Mütəxəssislər xüsusi cihaz yaratdılar, onun vasitəsilə şəxsin ətrafında elektrik sahəsi əmələ gəlir. Onun təsiri ilə molekullar yerə düşür. Buna görə ağcaqanadlar qoxu ilə qurbanını tapa bilmir və məkanda orientasiyalarını itirirdilər.

Şirkət məhz bu tərtibatı koronavirusla mübarizə aparmaq üçün modernləşdirdi. Cihaza ozonizator və adı gizli saxlanılan müəyyən bir mineral əlavə edildi.

Koronavirusdan qoyuyan medalyon

Yenilik artıq Parisdə Paster İnstitutu tərəfindən təsdiqlənib.

Orada bir təcrübə aparılıb - cihaz çox sayda koronavirus olan qapalı otağa yerləşdirilib. Onun 10 dəqiqə ərzində virusların 94-faizini məhv etdiyi görünüb.

Medalyonun qiyməti 79 avro (təqribən 163 manat) olacaq. Batareyası tək şarjla 20 saat işləyir. Hazırda şirkət gündə 400 ədəd cihaz istehsal edir.(oxu.az)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »