Sumqayıt və Bakı şəhərlərində minik avtomobilləri yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində "LADA" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir avtomobil Bakı şəhərində yanıb.
Belə ki, Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.