Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Qəbələdə oynamaq hər zaman bizim üçün çətin olub"
Qurban Qurbanov

"Çox danışılası bir şey yoxdur. Belə oyunlar nadir hallarda olur. Çoxlu qol epizodları qaçırdıq və sonda bir xal qazandıq. Həmişə qazandığımız xalı müsbət saymışam. Futbolçular pis oynamadı, lakin hər matçda bu qədər qol epizodu olmur".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Qəbələdə oynamaq hər zaman onlar üçün çətin olub: "Burada hər zaman oyunlarımız ağır keçib. Lakin bu gün bəlkə də ən asan oyunlarımızdan biri idi. Amma sonda heç-heçəyə razı olduq. Rəqibə uğurlar arzulayıram".

Qurbanov bəzən aqresiyalarını qoruyub saxlaya bilmədiklərini sözlərinə əlavə edib: "Bir-iki epizod var idi ki, ona görə hakimə etirazımı bildirdim. Həmişə sonadək səbrli qalmaq olmur. Rəqibin qoluna görə oyundan sonra futbolçulara etirazımı bildirdim. Qapıçı da ehtiyatlı olmalıdır, mən orada Emil Balaleyəvin yox, müdafiəçilərin üzərinə çox düşdüm. Azlıqda qalan komandaya belə rahat imkan vermək olmazdı. Həmişə demişəm ki, belə qollar, xal itkiləri mənim və oyunçuların xeyrinə olur. Çünki çempionatda daha çox hücum futbolu oynasaq da, müdafiəçilərdən çox şey tələb edirəm. Onlar düzgün müdafiə olunmağı bacarmalıdırlar. Qol buraxdığımız epizodda qapıçıdan daha çox müdafiəçilərə irad bildirdim".

Təcrübəli baş məşqçi Uroş Matiçin penaltini yerinə yetirə bilməyəndən sonra top itkilərinə yol verdiyini söyləyib: "Fikri bəlkə də penaltidə qaldı. Əvəzləməyim isə onunla bağlı idi ki, hər futbolçu hazırlı dönəmdə öz formasından uzaqdır. Matiç həm məşqdə, həm də oyunlarda ən çox çalışan oyunçularımızdan biridir".

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »