Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı açıqlama - Video
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı açıqlama - Video

“Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, həmin görüntüdə əks olunan iddialar tibbi maskadan istifadə ilə bağlı olmayıb.

V.Əsədov bildirib ki, dekabrın 17-də dövlət nömrə nişanı olmadan Badamdar şosesində hərəkət edən 99-DE-405 “Şevrolet – Aveo” markalı avtomobilə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü – 1987-ci il təvəllüdlü Taleh Xəlilov yol polisinin qanuni tələblərinə məhəl qoymadan, avtomobilin duracağa qoyulacağını bildikdən sonra hərəkətini davam etdirib, növbəti kobud qayda pozuntusu yaradaraq qaçmağa çalışıb:

“Avtomobili tək idarə edən şəxs yol polisini yayındırmağa çalışıraq, qadın tanışını yaxınlaşdığı ünvana çağırıb mübahisənin əsas tərəfinə çevirməyə və bunu kənardan videoqeydə aldırmaqla “həyat yoldaşının yanında polis ona təzyiq edir” görüntüsü yaratmağa cəhd edib. Avtomobil idarə etmək üçün müvafiq sənədləri və etibarnamə olmadan, 772 manat ödənməyən cərimə borcu olan şəxs qanunamüvafiq olaraq saxlanılaraq, Səbail RPİ 41-ci Polis Bölməsinə təhvil verilib. Polis bölməsində sürücünün barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilib”.

V.Əsədov diqqətə çatdırıb ki, yol polisinin qanuni tələblərinə məhəl qoymayan sürücü barəsində sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır:

“Tövsiyə edirik ki, polisin fəaliyyəti ilə bağlı ictimai fikrə yönələn istənilən informasiya DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »