Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Fransada populyarlığını itirir - Sorğu
Emmanuel Makron

Fransa əhalisinin təxminən 60 faizi Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksdən narazıdır.

“Qafqazinfo” bildirir ki, bunu Fransanın İctimai Rəy və Marketinq Tədqiqatları İnstitutu (IFOP) tərəfindən keçirilmiş son onlayn sorğunun nəticələri göstərir.

Sorğu dekabrın 9-dan 17-dək keçirilib və 18 yaşdan yuxarı 1 936 nəfəri əhatə edib.

Alınan məlumatlar göstərir ki, fransızların 60 faizi koronavirus infeksiyası səbəbindən hazırda karantində olan Makronun siyasətindən narazıdır.

Respondentlərin 59 faizi ölkənin Baş naziri Jan Kasteksdən də narazıdır.

Noyabr ayında aparılan araşdırmalar göstərmişdi ki, Fransanın 10 sakinindən yeddisi koronavirus pandemiyasına qarşı mübarizədə Makron administrasiyasına etibar etmir və hökumətin tədbirlərini qeyri-qənaətbəxş hesab edir.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »