Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Gələn il pandemiyanı dayandırmaq mümkün olacaq
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşır.

“Report” xəbər verir ki, bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan "Təhlükəli virus. Birinci il" verilişinə müsahibəsində deyib.

Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi hesab edir ki, dünya infeksiyadan hələ belə tezliklə qurtulmayacaq. "Pandemiya nədir – bu, Yer kürəsi ətrafında çoxlu sayda insanda eyni zamanda olan xəstəlikdir. Amma virus bizimlə qalacaq. Mən bizim "tac"dan (korona-red) belə tezliklə qurtulmayacağımızdan qorxuram", - o deyib.

Vuynoviçin sözlərinə görə, indi hazırlanan peyvəndlər koronavirusun mutasiyaları vaxtı effektivliklərdən məhrum olmayacaqlar. O, əlavə edib ki, virusun mutasiyası normal təzahürdür.

“Bir virusun genindəki hər dəyişikliyin onun davranışındakı dəyişiklik demək olmadığını başa düşmək çox vacibdir", - o vurğulayıb.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »