Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vestnik Kavkaza”: “Rusiyalı hərbçinin ölümündə erməni qoşunları məsuliyyət daşıyır”
Rus sülməramlıları - mina axtaranlar

Azərbaycanın Şuşa şəhəri yaxınlığında ərazinin minalardan təmizlənməsi zamanı rusiyalı əsgər həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vestnik Kavkaza” bu hadisədə məsuliyyətin Ermənistan Silahlı Qüvvələrinin, xüsusən də Qarabağda minalanma ilə məşğul olanların üzərinə düşdüyünü bildirib.

“Bakı tam xəritəyə sahib ola bilməzdi, çünki Azərbaycan ordusu orada deyildi və erməni qüvvələri heç bir məlumat paylaşmağı düşünməyiblər”, - deyə məqalədə bildirilib.

“Məgər erməni ordusu xaotik şəkildə minanı hara gəldi səpələyib və yerini də qeydə almayıb? Əgər belədirsə, bu, Ermənistan Müdafiə Nazirliyinin səhlənkarlığını təsdiqləyir”, - deyə müəllif əlavə edib.

Vurğulanıb ki, Ermənistan 10 Noyabr müqaviləsini imzalamaqla (bununla da “DQR”i etibarsız hesab etdi) quldur birləşmələrinin etdiyi qanunsuzluğun bütün məsuliyyətini öz üzərinə götürüb.

“Ermənistan tərəfi minalanan sahə barədə mükəmməl biliklərə sahibdir. Lakin Rusiya tərəfinin davamlı istəklərinə baxmayaraq, bu məlumatı bölüşmür, bu səbəbdən də hadisə üçün məsuliyyəti öz üzərinə götürməlidir”, - deyə “Vestnik Kavkaza”da qeyd edilib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »