Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"YAŞAT" ilə bağlı bloggerlərlə görüş keçirilib
Ülvi Mehdiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış blogger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.

Öncə Ülvi Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib.

Görüş çərçivəsində iştirakçıların “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, Mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.

Ülvi Mehdiyev

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Navalnı Moskvada saxlanıldı
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
Son xəbərlər
Bütün xəbərlər »