Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyadan Fransaya gedən yollarda uzun tıxaclar yaranıb
Britaniya

Brexiti (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) gözləyən Britaniya kompaniyalarının Avropa İttifaqı (Aİ) malları almaqda göstərdiyi aktivlik Fransaya gedən yollarda uzun tıxaclara səbəb olub.

“The Guardian” qəzeti xəbər verir ki, bu gün M20 magistralında yük avtomobillərinin təxminən səkkiz kilometr uzunluğunda növbəsi yaranıb. Bütün nəqliyyat vasitələri Fransaya Avropa tunelindən keçməklə yollanır.

Qəzet yazır ki, Milad bayramı ərəfəsində Britaniya şirkətləri həmişə daha çox mal daşıyıb gətirirlər. Bu il isə Brexit səbəbindən vəziyyət xüsusilə gərginləşib.

2021-ci il yanvarın 1-nə keçən gecə keçid dövrü adlanan müddət sona çatır: Böyük Britaniya Aİ-ni tərk edir və onun üçün Avropa İttifaqı ölkələrinin istifadə etdiyi bütün güzəştlər qüvvədən düşür. Bu, sərhəd üzərindən malların daşınmasına da aiddir.

Hazırda London və Brüssel Brexitdən sonra qarşılıqlı əlaqələrin qaydaları üzərində işləyirlər. Amma hələlik tərəflərin bu məsələdə razılaşma əldə edib-etməyəcəyi bəlli deyil. Buna görə də Britaniya firmaları, nə qədər imkan var, özlərinə lazım olan məhsulların ehtiyatını yaratmağa çalışırlar.(azərtac)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »