Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başladı
Şuşada çörək və şirniyyat müəssisəsi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.

“Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.

Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır.

Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »