Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Xalq etiraf etməlidir ki, uzun illər boyunca səhv etmişik"
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan öz xalqını məğlubiyyətlə barışdırmağa və yeni reallıqlara adaptasiya etməyə yönələn açıqlamalaerını davam etdirir.

Bizimyol.info xəbər verir ki, o yenə də buraxılmış səhvlərdən danışıb və yeni reallığı qəbul etməyə çağırıb.

"Son 84 gün şübhəsiz ki, xalqımız üçün ən ağır günlərin sırasındadır. Biz millət olaraq dəhşət içindən keçdik və keçməyə davam edirik. Bəzən elə gəlir ki, arzularımız puç olub. Bəzən də elə gəlir ki, nikbinliyimiz alt-üst olub, təsisatlarımızın iş qabiliyyəti şübhə altına düşüb",- deyə Paşinyan öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, xalq reallığın gözünün içinə dik baxmalı və etiraf etməlidir ki, uzun illər boyunca səhv etmişik: "Buraxdığımız səhvlər sistemli, konseptual, məzmunlu xarakter daşıyıb. Bütün bunlar ona gətirib çıxarıb ki, dövlət institutlarımız üçün təhlükə yaranıb.

Baş nazir olanda və sonradan mən bunları başa düşrdümmü? Əlbəttə, hə. Bu vəziyyəti dəyişməyə çalışdımmı? Əlbəttə, hə. Amma indi mən daha çox inanıram ki, sadəcə, tarixin təkərini dayandırmaq üçün lazımi qədər zamanımız olmadı.

Mən əlbəttə, baş verənlərə görə məsuliyyəti tam olaraq öz üzərimə götürdüm və dedim ki, xalqın çıxaracağı istənilən hökmü itaətlə qəbul edəcəyəm. Amma deməliyəm ki, "qurbanlıq keçi" institutu sakitləşmək, hirsini və qəzəbini soyutmaq üçün yaxşıdır, amma bu, heç də baş verənləri dərindən və tam olaraq anlamaq üçün faydalı deyil. Bizə dərin təhlil lazımdır, çünki baş verənlər bir və ya bir neçə şəxsin və yaxud da bir neçə ilin səhvlərindən yaranmış vəziyyət deyil".

Xatırladaq ki, bu gün Paşinyan həmçinin televiziya vasitəsilə xalqa müraciət edib. O bir daha istefa verməyəcəyini dilə gətirib.

Həmçinin o bildirib ki, sovet dövründə olan sərhədlərə doğru geri çəkilməsəydilər, gərginlik yarana bilərdi və Azərbaycan Ermənistan ərazisinə daxil ola bilərdi.

Qafanda ekskavatorla sərhəd xətti qazılır - Video Qafanda ekskavatorla sərhəd xətti qazılır

Müxalifət isə hesab edir ki, Paşinyanın öhdəlikləri var və ona görə də istefa vermir. Onların fikrincə, Paşinyan Azərbaycanla müxtəlif sahələrdə sazişlər imzalayacaq, həmçinin Türkiyə və Azərbaycanla diplomatik əlaqələri bərpa edəcək.

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »