Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsmayıllıda koronavirusa yoluxma sayı azalır
Maska

İsmayıllı rayonunda koronavirus infeksiyasının yayılma təhlükəsinə qarşı gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə rayonda tətbiq olunmuş sərt karantin rejimi qaydalarına əməl olunması ilə bağlı reydlər davam edir.

Bizimyol.info xəbər verir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, keçirilən reydlərdə İsmayıllı şəhərinin ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər obyektlərdə, eləcə də kəndlərdə əhali arasında maarifləndirmə işləri aparılaraq, sərtləşdirilmiş karantin qaydalarının tələbləri geniş izah olunur. Reydlər rayonda yaradılmış mobil qruplar tərəfindən keçirilir. Mobil qruplar rayon icra hakimiyyətinin, polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin əməkdaşları, rayon ziyalıları və könüllülərdən ibarətdir.

Son həftə ərzində 1883 ticarət obyektində, həmçinin 205 digər fəaliyyət növü üzrə və 75 yas mərasimində monitorinq aparılıb ki, bunlardan 123 ticarət, 181 digər fəaliyyət obyektinin sahiblərinə və 2885 vətəndaşa xəbərdarlıq edilib, habelə 36 nəfər inzibati qaydada cərimə olunub.

Sərt karantin rejiminin qaydalarına əməl olunması nəticəsində artıq rayonda yoluxmaların sayında azalmalar müşahidə edilir.

Qeyd edək ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sərt karantin rejiminin müddəti 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək uzadılıb. İsmayıllı rayon mərkəzində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi (8103) və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə verilir.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »