Bu gün Ermənistanda müxalifətin çağırışlarına baxmayaraq, baş nazir Nikol Paşinyanın təşkil etdiyi yürüşə on minlərlə insan qoşulub.
Bizimyol.info xəbər verir ki, müxalifət baş nazirin yürüşünü "xayanətkar" adlandırıb və əhalini onunla birlikdə yürüməkdən imtina etməyə çağırıb. Belə çağırışlar səsləndirənlərdən biri də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, səlahiyyətli və föмqəladə səfir David Şahnazaryan olub.

Onun sözlərinə görə, Paşinyanın istefa verməkdən boyun qaçırması hələ bəzi işləri baş çatdırmaq planları ilə bağlıdır:
"Təkcə Sünik yox, bütün ölkə təhlükə altındadır. Paşinyan hakimiyyətdən möhkəm yapışıb, çünki hələ bəzi addımlar atmaldır. O hələ qoşunları geri çəkib şimalda da ən azı 7-8 kəndi Azərbaycana verəcək, Vay rayonunda, Ararat rayonunda və əlbəttə Sünikdə. Növbəti satqınlıq nümunəsi olaraq Paşinyan deyir ki, bu əraziləri verməklə daha çox təhlükəsizliyə nail oluruq. Bundan başqa, o, Azərbaycanla demarkasiya sazişi imzalamağa hazırlaşır - niyə də diplomatik əlaqələr bərpa edilməsin..."

Şahazaryan deyib ki, Zəngəzur vasitəsilə Ermənistanın nəzarət edə bilməyəcəyi yollar salınacaq: "Paşinyan Sünik ərazisində Azərbaycandan Türkiyəyə bir neçə yol və qaz kəmərlərinin inşasına razılıq verəcək. Həm də bu nəqliyyat yolları Ermənistanın nəzarətində olmayacaq. O, həmçinin Türkiyə ilə diplomatik əlaqələri bərpa etməyi planlaşdırır. Yəni Ermənistanı tamamilə dəyişdirir. Biz tamamilə zəiflədilmiş dövlətə çevrilmişik. "Artsax" barədə heç danışmağa dyməz. Ordumuz məqsədli şəkildə zəiflədilir".