Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ şəhidinin qazi oğlu evlərinə qayıdıb
Nazim Hüseynov

Atası Birinci Qarabağ müharibəsinin şəhidi, özü isə İkinci Qarabağ müharibəsinin müzəffər əsgəri olub.

Söhbət Vətən müharibəsi döyüşçüsü Nazim Hüseynovdan gedir.

Cəlilabadın Əliqasımlı kəndindən olan qazi Nazim Hüseynov el-obasında təntənəli şəkildə qarşılanıb.

Nazim Həsənovun atası Rövşən Həsənov Birinci Qarabağ savaşının şəhidlərindədir. Şəhid övladı kimi onun da ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaq və işğal altında olan torpaqları düşmən tapdanğından azad etmək olub.

Gözlədiyi həmin məqam isə 27 sentyabrda yetişib. Həmin vaxt könüllü olaraq cəbhəyə yollanan Nazim Həsənov cəbhənin cənub istiqamətində döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Nazim Həsənovun atası Rövşən Həsənov 1992-ci ildə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. 1994-cü ilin aprel ayında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xalqımıza şəhidlərimizdən miras qalmış qəhrəmanlıq məktəbinin Nazim kimi davamçıları bizlərə

qələbə bəxş etdi. Elə bir qələbə ki, hələ onun barəsində dastanlar qoşulacaq, qalaq-qalaq kitablar yazılacaq.(report)

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »