Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2020-ci ildə ən çox pul qazanan uşağın kimliyi açıqlandı - Foto, Video
2020-ci ildə ən çox pul qazanan uşağın kimliyi açıqlandı - Foto, Video

ABŞ-ın "Forbes" jurnalı yola saldığımız 2020-ci il ərzində Youtube sosial videoşəbəkəsində ən çox pul qazananların siyahısını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, siyahının 1-ci yerində 9 yaşlı Ryan Kaji qərarlaşıb. Jurnalın açıqlamasına görə, blaca biznesmen ilin əvvəlindən təxminən 30 milyon (29 493 000) dollar pul qazanıb.

Ryan Kaji Ryan Kaji

Ryanın videolarına gəlincə, xüsusi bir şey yoxdur. Uşaq sadəcə, oyuncaqlarda istifadə etməklə əyləncəli videolar çəkir. Onun Youtube kanallarının ümumi abunıçi sayı təxminən 42 milyon nəfərdir.

Texas əyalətində yaşayan Ryan ailəsinin yardımı ilə 2015-ci ildə videolar çəkərək kanalında yerləşdirməyə başlayıb. "Ryanın Dünyası" adlandırdığı kanal uşağın 9 kanalından biridir. Kanalda videoların izlənmə sayı 12,2 milyarda çatıb. Onun hətta bir televiziya kanalında öz verilişi də var. Ümumiyyətlə, onun sadəcə, Youtube-da deyil, həmçinin bütün dünyada ən çox qazanan uşaq olduğu bildirilir.

Ryan Kaji Ryan Kaji, Mənbə: Youtube @Ryan's World

"Forbes" jurnalının tədqiqatına əsasən, 2020-ci ildə Youtube-dan ən çox qazanan 10 kanalın siyahısı aşağıdakı kimidir:

  1. Ryan Kaji – 29,5 milyon ABŞ dolları
  2. Mr Beast – 24 milyon ABŞ dolları
  3. Dude Perfect – 23 milyon ABŞ dolları
  4. Rhett and Link – 20 milyon ABŞ dolları
  5. Markiplier - 19,5 milyon ABŞ dolları
  6. Preston Arsement – 19 milyon ABŞ dolları
  7. Nastya – 18,5 milyon ABŞ dolları
  8. Blippi - 17 milyon ABŞ dolları
  9. David Dobrik - 16 milyon ABŞ dolları
  10. Jeffrey Lynn Steininger - 15 milyon ABŞ dolları

Qeyd edək ki, populyar və ən gəlirli kanalların əksəriyyəti əyləncə tipli videolar yayımlayırlar.

Son xəbərlər
Bütün xəbərlər »