Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb
Bakı-Tbilisi-Qars

Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib. Nazir dekabrın 4-də İstanbuldan yola çıxan qatarın Çinin Xian şəhərinə fasiləsiz şəkildə çatmasını Türkiyənin dəmiryolu nəqliyyatındakı zəfəri adlandırıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarı ümumilikdə 8693 kilometr yol qət edib.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edib.(apa)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »