Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə əlillərinin avtomobil və mühərrikli təkərli oturacaqla təmin olunması qaydası açıqlanıb
Nazirlər  Kabineti

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nı təsdiq edib.

Bizimyol.info xəbər verir ki, Qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcədə təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib.

Qaydala əsasən reabilitasiya vasitələrini almaq hüququ Əmək Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur. Bütün növ reabilitasiya vasitələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir, yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

Minik avtomobili və mühərrikli təkərli oturacağa münasibətdə dövlət hesabına əlilliyi olan şəxsin seçiminə görə yalnız ikisindən biri ilə təmin oluna bilər, əgər əlilliyi olan şəxs hər iki vasitəni almaq istəyirsə onda digər vasitəni öz vəsaiti hesabına alacaq.

Minik avtomobili təyin olunduqda, ondan istifadə hüququ əlilliyi olan şəxsə və onunla bir məntəqədə yaşayan qohumuna verilir, amma avtomobil Əmək Nazirliyinin qeydiyyatında saxlanılır. Yalnız əlil vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətinə verilir, əgər vəfat edənin ailəsi yoxdursa həmin avtomobil (bu hal mühərrikli təkərli oturacaga da aiddir) geri götürülür və növbəlilik üzrə digər ehtiyacı olan əlillə təqdim edilir.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »