Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doktor: “Məqsəd insan həyatı deyil, pul qazanmaqdır” – Xəstəxanalarda "nəfəs" alveri
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Azərbaycanda koronavirus xəstələrinin müalicəsinin təşkili üçün, Türkiyədə olduğu kimi özəl xəstəxanalrın da koronavirusla mübarizə şöbələrinin yaradılması təklifi səsləndirilib. Ölkəmizdəki xəstəxanalarda koronavirusla bağlı vəziyyət kifayət qədər pisləşib. Təcili yardım çağırışlara cavab vermir, dərmanlar ya tapılmır, ya da olduğundan daha baha qiymətə satılır. Xəstəxanalarda koronavirus xəstələrinə yaxşı baxılması üçün mütləq görüm- baxım edilməlidir.

Bizimyol.info-ya daxil olan çoxlu sayda şikayətlərdən ümumi bir fikrə gəlmək olar. Oksigen balonuna qoşulmaq pulladır. Pulsuz qoşulan ağır xəstələri bir neçə dəqiqə sonra oksigendən ayırırlar. Qoşulan xəstələrə verilən oksigenin tənzimlənməsində problem var. Oksigeni həddən artıq çox verməklə də xəstəni öldürmək mümkündür və əksər hallarda ölüm səbəbi budur. Bu, xəstə yaxınlarının iddialarıdır. O da mümkündür ki, əgər oksigen balonu pulla verilir və tələbat çox, oksigen cihazları azdırsa, az zaman içində o balonun bir neçə nəfərə “satılması” ehtimalı böyükdür. Necə ki, dərman çatışmazlığı səbəbiylə bir dozanı bir neçə yerə bölürlər və bu da heç bir effekt vermir. Qısası, xəstəxanalarda nəfəs satılır.

Elmir Təhməzov Elmir Təhməzov

Hazırda Türkiyədə yaşayan soydaşımız həkim Elmir Təhməzov isə hesab edir ki, xaricdən mütəxəssis cəlb etməkdən başqa yol yoxdur. Çünki Azərbaycanda ciddi həkim qıtlığı yaşanmaqdadır.

“Təklif gözəldir, amma təəssüf ki, buna resurslarımız yoxdur. Azərbaycanda neçə özəl xəstəxana reanimasiya ve terapiya üzrə ixtisaslaşıb ki? Hamısı cərrahiyyədən pul qazanırlar, ortalama bir özəlin 2-3 reanimatoloqu var. Onları korona ilə mübarizəyə cəlb etmək üçün kifayət qədər yüksək əmək haqqı ödənilməldir, yoxsa adam gündə 4-5 saat işləyib 2-3 narkoz verib, ayda 4000-5000 qazanırda rahat. Neçə terapevt və ya pulmonoloq var ki, o özəllərdə? Yaxşı deyək ki, bütün həkimləri cəlb etdiniz, hansı plastik cərrah, ümumi cərrah, travmatoloq gələcək korona ilə işləməyə? Ən az istədikləri maaş 10,000 olacaq. Belə çətindir, koronaya qalib gəlmək üçün dövlət rəsmiləri rəsmən ölkə xaricindəki həkimlərdən yardım istəməlidirlər, lazımdırsa yalvarmalıdırlar qeyri rəsmi kanallardan, onuda etmirlər. Hələ Azərbaycana gələnləri də qovurlar. Təkcə bu il Azərbaycanı tərk edən 5-6 uzmanı mən tanıyıram. Çünki hər şeyi bilir bizim səhiyyəmizdə məqsəd insan həyatı deyil pul qazanmaqdır. Bir az sərt olsa da gerçəklərimiz budur, acı həqiqətlərlə üzləşmədən doğru yolu tapmaq çətindir. Bütün bunlardan əlavə ilk öncə Təbiblə Səhiyyə Nazirliyini barışdırmaq lazımdır”,- deyə həkim bildirib.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »