“Özəl xəstəxanalarda COVİD servisləri ve reanimasiyaları açılmalıdır. Bu, özəl xəstəxanalar bütövlükdə COVİD baxacaq demək deyil. Bunun qaydaları var - qırmızı sahə, mavi sahə, yaşıl sahə ayrılır. COVİD xəstələriylə digərləri tamamilə təcrid olunur, amma bununla COVİD xəstəsi baxma kapasitesi(tutumu) xeyli artmış olur.
Mən bir həkim və bir azərbaycanlı kimi ölkəmdəki vəziyyətdən narahatam.
Azərbaycandakı Dövlət xəstəxanalarının Reanimasiya yataq və personel sayı mövcud sayda COVİD xəstəsi baxmaq üçün yetərsizdi. Bu TƏBİB-in günahı deyil. 1 il ərzində bundan artığını etmək, bu şərtlərlə mümkün olmazdı. Bir çıxış yolu görürəm”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova səsləndirib.
Onun sözlərinə görə, COVİD xəstələrinin bütün xərcləri dövlət tərəfindən qarşılanmalı, özəl xəstəxanalarda müalicə alan xəstələrin də bütün xərcləri dövlət tərəfindən özəl xəstəxanalara ödənməlidir. “Bu barədə Türkiyə təcrübəsi mövcuddu və onun eynisini biz də ölkəmizdə tətbiq edə bilərik.
Bu məsələnin ictimailəşməsi lazımdır.Tıbbi yardımla həyatda qala biləcək insanların ölümü yolverilməzdir”,- deyə o qeyd edib.
İlhamə