Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı doqquza çatıb.
Bizimyol.info xəbər verir ki, xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.
Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.