"Sünikdə Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi işləri aparılır. Ermənistan qüvvələri, sərhədçilər beynəlxalq hüquqla tanınan sərhədlərə yerləşdirilir. Bu, müəyyən dəyişikliklərə, çətinliklərə və narahatlıqlara gətirib çıxarır",- deyə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Gorus istiqamətində Sünikin itirilməsi barədə emosional bəyanatlar səslənir: "Reallıq isə əksinədir. Bütün bunlar Sünikin təhlükəsizliyi üçün edilir."

Onun sözlərinə görə bir nüçə gündür ki, Ermənistanın beynəlxalq aləmdə tanınan sərhədlərindən kənarda döyüş əməliyyatlarının bərpası riski vardı: "Əgər bu gərginlik dövlət sərhədində də yaşansaydı, Sünik vilayətinin ərazisinə keçə bilərdi və nəticələri ağır olardı. Biz bu gün rəsmən tanınan səthədlərimizə çəkilməklə Sünik üçün təhülkəsizlik zəmanəti yaradırıq. Hazırda Rusiya sərhədçiləri Sünikə cəlb olunub ki, bu da yeni təhlükəsizlik vəziyyəti yaradır.
Dəyişikliklər nəticəsində nəqliyyat, ligistika problemləri yaranır, bir sıra yolların maneəsiz işi pozulur. Amma bunlar həll oluna bilən problemlərdir. Biz üçtərəfli sənəd əldə etmək də daxil olmaqla bu istiqamətdə səyləri davam etdiririk".
O həmçinin əlavə edib ki, Ermənistanın əraziləri toxunulmazdır, Sünikin bir millimetri də güzəşt olunmayıb.