Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gorus merinin müavini: "Dövlət sərhədi türklərin prinsipi əsasında müəyyən olunur"
Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar

"Hər gün televizordan eşidirik ki, söhbət Ermənistanın sərhədlərindən getmir, amma bu gün Sünikin sərhədlərinin harada olacağı ilə bağlı cavab aldıq. Hərçənd biz bunu yaxşı bilirik",- deyə Gorus icması rəhbərinin müavini bildirib.

O qeyd edib ki, dövlət sərhədlərinin Ermənistan hökuməti tərəfindən delimitasiyası türklərin (Azərbaycan türklərini nəzərdə tutur - red.) müəyyən etdiyi prinsip əsasında aparılır.

Gorus merinin müavini Gorus merinin müavini

"Biz bununla barışmaq istəmirik, çünki Sünik vilayəti təhlükə altına düşür. Bu proses davam edəcəyi təqdirdə biz birmənalı olaraq Süniki itirəcəyik. Biz bu xəyanətkar prosesin iştirakçısı olmaq istəmirik",- deyə o əlavə edib.

Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”

İcma rəhbəri müavininin sözlərinə görə, yaranmış durumdan yalnız bir çıxış yolu var - hakimiyyət istefa verməlidir, çünki vəziyyətə nəzarət edə bilmir: "Elə yerlər var ki, Azərbaycan sərhədləri Gorus icmasının bir neçə metrliyindən keçir. Elə yerlər də var ki, Azərbaycan sərhədi icmanın yaşayış məskənlərinin içərisindən keçir. Yəni Ermənistanı təmin edən əsas nəqliyyat magistralı təhlükə altına düşür".

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Rusiya sərhədçilərinə gəlincə, merin müavini əmindir ki, bu sərhədçilər onların təhlükəsizliyini tam olaraq təmin edə bilməz.

Xatırladaq ki, dünən Qafanda əhali yolu bağlayaraq ələ keçirdikləri ərazilərin Azərbaycana qaytarılmasına etiraz ediblər. Həmin ərazilər dünən axşam saatlarında Azərbaycana təhvil verilib. Ermənistan hərbçiləri oradakı postları söküblər, bəzi kəndlərdə yanğınlar törədərək geri çəkiliblər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »