Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamaxıda polislər qazimizi ziyarət ediblər
Daxili İşlər Nazirliyi

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən savaşında yaralanmış qazimiz, Ovçulu kənd sakini gizir Elşad Mikayılovu evində ziyarət edib, onun qayğıları ilə maraqlanıblar.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, göstərilən diqqətə görə minnətdarlığını bildirən E.Mikayılov həmkarlarımızla döyüş təəssüratlarını bölüşüb və Vətən müharibəsi iştirakçısı olmasından qürur duyduğunu bildirib.

Qeyd edək ki, 2012-ci ildən Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçumuz Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında igidlik göstərib. O, Hadrut qəsəbəsi, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »