Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Operativ Qərargahın heyəti dəyişdirilməli, səhiyyədə rəhbərlər işdən çıxarılmalıdır”
Nazirlər  Kabineti

Qoruyucu vasitələrdən istifadənin və karantin rejiminin pozulmasına görə cərimələr yenidən artırılıb. Bu isə haqlı olaraq vətəndaşlar arasında etirazlara səbəb olub.

Bir ilə yaxındır davam edən böhran dönəmində yüzlərlə insan işsiz qalıb. Buna baxmayaraq, qoruyucu vasitələrin qiymətində hər hansı ucuzlaşma müşahidə edilmir. Əksinə, xəstəlikdən qorunmaq və sağalmaq üçün nəzərdə tutulan dərmanlar əvvəlki vaxtlarla müqayisədə qat-qat baha satılır.

İşsizlik, dərmanların bahalaşması, yerli istehsal olduğu halda maskaların qiymətinin düşməməsi və cərimələrin hər keçən gün daha da artırılması vətəndaşları çıxılmaz hala salıb.

Elçin Bayramlı Elçin Bayramlı

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəti Elçin Bayramlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Operativ Qərargahın heyəti dəyişdirilməli, səhiyyə sektorunun rəhbərləri vəzifədən azad edilməlidir.

“Bu lazımsız, faydasız, effektsiz tədbirdir. Problemin nəticələri ilə uğraşmaq yox, səbəbini aradan qaldırmaq lazımdır. Qərar məntiqə, ədalətə, hüquqa söykənməlidir. Məcburiyyətdən qayda pozanın 1 aylıq maaşını əlindən alıb onu ac qoymaq bunların hansına uyğundur? Bundansa, testlərin pulsuz həyata keçirilməsi, vətəndaşların müalicə və müayinələrinin dövlət tərəfindən aparılması vacibdir. Dərmanlar tapılmır, tapılan da od qiymətinə. Testlər dəyərindən 5 dəfə baha satılır. Xəstəxanalara xəstələr qəbul olunmur. Bu nə biabırçılıqdır? İşi apara bilməyən dövlət orqanları ancaq günahı vətəndaşın üzərinə atmaqla məşğuldur. Bütün bunlara son qoyulmalıdır. Operativ Qərargahın heyəti dəyişdirilməli, səhiyyə sektorunun rəhbərləri vəzifədən azad edilməlidir”.

Elçin Bayramlının sözlərinə görə, əksər işsizlər, yoxsullar 190 manatlıq yardımı ala bilmirlər. “Bundan başqa, 190 manatlıq yardım kimlərə nə əsasda verilir, hələ bundan baş aça bilən yoxdur. Əksər işsizlər, yoxsullar bu yardımı ala bilmirlər. Ehtiyacı olmayanlar isə artıqlaması ilə alırlar. Bu şəraitdə vətəndaşdan nə tələb etmək olar? İşləməyə qoymursansa, yardım etməlisən, adamlar hava ilə yaşamır. Yardım edə bilmirsənsə, işləmələrinə mane olmamalısan. Ümumiyyətlə, bu işi bacarmırlarsa, bacaran ölkələrin nümunəsini tətbiq etməlidirlər. Əhali üzərində gündə bir eksperiment aparmaq lazım deyil, hansı ki, tam əksinə effekt verir və yoluxmanın sürətlə yayılımasına, insanların həyatını itirməsinə səbəb olur. Bu rüsvayçılığa nəhayət, son qoyulmalıdır”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »