Siyəzən rayonunda fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonda ümumi sahəsi 32 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.