Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı
Mayk Pompeo

ABŞ Dövlət katibi Mayk Pompeo, Rusiyanın Amerikanın düşmənləri siyahısında olduğunu açıqlayıb.

Pompe bu barədə Mark Levinin radio şousuna verdiyi müsahibədə bildirib.

"İnsanlar məndən düşmənimizin kim olduğunu soruşurlar və cavab belədir: həyat tərzimizi, respublikamızı, əsas demokratik prinsiplərimizi pozmaq istəyənlər çoxdur. Rusiya bu siyahıda mütləq yer alır",-deyə Pompeo qeyd edib.

Dövlət katibi həmçinin ABŞ mediasında Rusiyanın son kiber hücumlarda iştirak etdiyi iddia edilən xəbərləri də xatırladıb.

Qeyd edək ki, ABŞ rəsmiləri adətən Rusiyanı düşmən deyil, rəqib adlandırırlar. Bununla yanaşı Mayk Pompeo bu həftənin əvvəlində Vaşinqtonun Moskvaya qarşı münasibətini qiymətləndirərkən "real problem" ifadəsini işlədib.(qafqazinfo)

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
Son xəbərlər
Bütün xəbərlər »