Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda COVID-19-a yoluxanların sayı 10 milyonu ötüb
Hindistan

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 25 min 152 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 10 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 10 milyonu ötən ikinci ölkədir.

Bizimyol.info xəbər verir ki, Hindistanın Federal Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən gün COVID-19 infeksiyası səbəbindən 347 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 145 min 136-ya çatıb.

Bildirilir ki, hazırda ölkədə təxminən 308 min aktiv COVID-19 xəstəsi var. İndiyədək 160 milyondan çox test aparılıb. Paytaxt Dehli Hindistanda pandemiyadan ən çox ziyan çəkən bölgədir.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Son xəbərlər
Bütün xəbərlər »