Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dekabrın 21-də Yupiter və Saturn bir-birinə yaxınlaşacaq
Planet

Dekabrın 21-də Günəş sisteminin iki böyük planeti olan Yupiter və Saturnun yaxınlaşması gözlənilir.

APA-nın Sputnik-ə istinadən xəbərinə görə, Saturn və Yupiter hər 20 ildə bir dəfə ekliptikdə bir-birlərinə yaxınlaşırlar, lakin bu cür yaxın qarşılaşmalar olduqca nadir hallarda olur. Səmadakı bu nadir fenomen son dəfə təxminən 800 il əvvəl - 4 mart 1226-cı ildə baş verib.

Aimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.

Planetlərin paradı 21 dekabrda günəş batdıqdan sonra səmanın cənub-qərb hissəsində müşahidə olunacaq.

Planetlərin yaxınlaşması dünyanın hər yerindən görünür, ancaq ekvator sakinləri bu nadir hadisəni daha yaxşı izləmək şansına sahib olacaqlar. Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »