Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belçika Nümayəndələr Palatasının qərarı beynəlxalq hüquqa ziddir - Türkiyə XİN
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“18 dekabr 2020-ci ildə Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərarı nə tarixi, nə qanuni, nə də sahədəki faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamlar da daxil olmaqla bu qərarı rədd edirik”.

Bizimyol.info xəbər verir ki,  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu ifadələr mövzu ilə bağlı nazirliyin açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, sözügedən qərar Belçika Nümayəndələr Palatasının bəzi parlament nümayəndlərinin erməni ritorikalarına necə alət olduğuna, onların qərəzli davranmalarına və daxili siyasətdə xırda maraqlarının girovuna çevrilmələrinə bariz nümunədir: “Bu qərar regionda sülhün və sabitliyin təmin edilməsi cəhdlərinə əngəldir. Bu cür qərarlar həm də Ermənistanı həqiqətləri qəbul etmə müddətini ləngitməklə üzərinə düşən məsuliyyətdən qaçırır”.

Bəyanatda Belçika Nümayəndələr Palatasının 9 dekabr tarixinin soyqırımı qurbanlarının anma günü elan etməsi qərarında 1915-ci il hadisələrinə istinadla Türkiyənin ittiham olunmasının beynəlxalq hüquqa zidd olduğu da vurğulanıb: “Belçikadan həssas davranmaq və bu qərarlar çərçivəsində ikitərəfli münasibətlərimizə kölgə salacaq addımlar atmaqdan geri çəkilməyi gözləyirik”.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »