Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CAR-da koronavirusun yeni, daha ağır mutasiyası aşkar olunub
koronavirus

Cənubi Afrika Respublikasında (CAR) genetiklər ölkə üçün koronavirusun yeni növ mutasiyasını aşkar ediblər. Virus infeksiyanın ölkə ərazisində yayılmasının ikinci dalğası dövrünə aid hesab olunur.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Virusun 501.V2 adlanan variantı əvvəllər qeydə alınmış digər mutasiyalardan fərqli olaraq daha sürətli yayılır. Bundan başqa, CAR-ın Səhiyyə Nazirliyinin açıqlamasına görə, 501.V2 birinci dalğa dövrü ilə müqayisədə, yanaşı xəstəlikləri olmasa da, gənc insanlar arasında daha tez-tez ağır formalı COVID-19-a səbəb olur.

Qeyd edilir ki, yeni mutasiya CAR-da ilk dəfə qeydə alınmamışdan əvvəl ona bir sıra ölkələrdə, o cümlədən Britaniya və Avstraliyada da rast gəlinib.

Ölkənin səhiyyə naziri Zveli Mhize bildirib ki, yeni növ koronavirus bir qədər narahatlıq yaratmasına baxmayaraq, əhalinin təşvişə düşməsinə ciddi səbəb yoxdur. O, maska və əlcək taxmağın, həmçinin pandemiya səbəbindən tətbiq olunan qaydalara riayət etməyin vacib olduğunu bildirib.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »