Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar”
Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzurda Ermənistan sakinləri böyük narahatlıq keçirir. Onlar əraziləri itirməkdən qorxurlar.
Bizimyol.info xəbər verir ki, Qafan rayonunda bəzi əlverişli mövqelərin əldən çıxması Ermənistan əhalisini çox sarsıdıb. Hər gün Zəngəzurda etiraz aksiyaları keçirilir. Sünik vilayətində mülki vətəndaşlar könüllü dəstələr yaradıb.
Onlar guya yaşayış yerlərini qorumağı düşünürlər.
“Sputnik Armenia”nın əməkdaşları Gorusun Şurnuxu kəndindən reportaj hazırlayıb. Kənd icmasının rəhbəri Akop Arşakyan döyüş dəstələrinin xeyli geri çəkildiyini etraf edib. O, kəndin yalnız könüllülərin ümidinə qaldığını bildirib. Könüllülərdən biri jurnalistlərə deyib ki, azərbaycanlı hərbçilər kəndin bir kilometrliyinə qədər yaxınlaşıblar.
“Meşə yoli ilə xeyli yaxına gəliblər. Bu gün saat 18.15-də görmüşük onları. İndi meşədən azərbaycanlıları aydın görmək olur”.