Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qafanda ekskavatorla sərhəd xətti qazılır - Video
Qafanda ekskavatorla sərhəd xətti qazılır - Video

Azərbaycanın Qarabağ müharibəsində qələbəsi yeni reallıq ortaya qoydu.

Ermənistan son 27-28 ildə sahibləndiyi mövqelərdən geri çəkilməli oldu. Dekabrın 17-də Qafan meri Gevork Parsyan bir sıra əlverişli mövqeləri Azərbaycana təhvil verməli olduqlarını təəssüflə qeyd etmişdi.

Bizimyol.info xəbər verir ki, Qafanda ekskavatorla sərhəd xətti qazmağa başlayıblar. Ermənistan saytlarında bununla bağlı video yer alıb. Burada ekskavatorun işləməsi nəzərə çarpır. Ermənistan saytları yazır ki, sərhəd xətti qazılmasına görə Qafandan Zəngilana uzanan yol bağlanıb.

Qafanın meri Gevork Parsyan Qafanın meri Gevork Parsyan

Dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyi Qafan sakinlərini sovet dövründəki sərhədə qədər geri çəkilməklə bağlı xəbərdar edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tənqidlərə cavab olaraq deyib ki, hər şey sənədlərdə nəzərdə tutulan plan üzrə gedir. Amma katib konkret hansı sənəddən söhbət getdiyini bildirməyib.

Bəzi yaşayış məntəqələrinin boşaldılması məcburiyyəti Qafan və ətraf ərazilərdə ciddi narazılığa səbəb olub. Dekbrın 18-də gün ərzində buna görə etiraz aksiyaları keçirilib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »