Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusdan ölənlərin yandırıldığı ölkədə müsəlmanlar ayağa qalxdı
Virusdan ölənlərin yandırıldığı ölkədə müsəlmanlar ayağa qalxdı

Şri-Lanka koronavirusun tüğyan etdiyi ölkələrdən sayılmır. Buna baxmayaraq, Asiya dövlətində infeksiyaya çox ehtiyatla yanaşırlar.

Bizimyol.info xəbər verir ki, Şri-Lankada virusdan ölənlərin yandırılması müsəlmanları ayağa qaldırıb. Onlar ölülərinin İslam adətlərinə uyğun dəfn olunmasını istəyirlər. Müsəlmanların etirazı hətta məhkəməyə ayaq açıb. Amma Şri-Lanka Ali Məhkəməsi onların şikayətini təmin etməyib.

Təkcə dekabrın 18-də ölkədə koronavirusdan ölən 5 nəfərin meyiti yandırılıb. Məlumata görə, meyitxanalarda daha 19 şəxsin cansız bədəni var. Amma qalmaqal yaranandan sonra müsəlmanların meyitini yandırmağa cürət etmirlər. Çünki etirazların dalğası xeyli böyüyüb.

Şri-Lanka koronavirusa yoluxma statistikasına görə dünyada 95-ci yerdədir. Asiya ölkəsində indiyə qədər 35 mindən çox vətəndaşda infeksiya aşkar olunub. Cəmi 160 nəfər virusdan həyatını itirib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »