Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan mətbuatı: “Paşinyan bütün Qarabağı Azərbaycana verəcək”
Nikol Paşinyan

Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın istefa ehtimalı qədər müzakirə olunan ikinci mövzu yoxdur.

Onu Qarabağ müharibəsindəki məğlubiyyətə görə əsas günahkar sayırlar.

Bizimyol.info xəbər verir ki, “Ermənistanın səsi” qəzeti Paşinyanın ciddi tənqid olunduğu məqalə dərc edib. Yazıda məğlubiyyətdən qaçmaq variantlarının üzərində dayanılıb.

“Hələ oktyabrın 19-da Vladimir Putin Paşinyanla toqquşmalardan daha az itki ilə çıxmaq imkanı haqda danışıb. Baş nazir təklifdən imtina edib. Məlum olur ki, Paşinyan Rusiyanın köməyini istəməyib, münaqişəni ABŞ-ın vasitəsilə dayandırmağı arzulayırmış. İndi Vaşinqton Moskvaya irad bildirir, amma o zaman başı seçkiyə qarışmışdı. Onda ABŞ təkcə həmsədr kimi öhdəliyindən doğan növbətçi addımlarla kifayətlənirdi”.

“Ermənistanın səsi” ölkə mətbuatının ənənəvi obrazından uzaqlaşmayıb. Əsasən Paşinyan satqın kimi təqdim olunur.

“Paşinyan və onun nazirləri danışıqlar aparmaq iqtidarında deyil. Paşinyan bütün Qarabağı Azərbaycanı verəcək. Artsaxın tanınması isə yalnız Azərbaycanın tərkibində baş tutacaq”,- deyə məqalədə bildirilir.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli açıqlamalarının Ermənistanda necə qıcıq doğurması hiss olunur. Əliyevin qətiyyətinin günahını da Paşinyanda görürlər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »