Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayraktar: "Türkiyə müdafiə vasitəsi texnologiyalarının 70%-ni özü qarşılayır"
Səlcuq Bayraqdar

Türkiyə 15 il əvvəl müdafiə vasitəsi texnologiyalarının cəmi 20%-ni özü inkişaf etdirirdisə, hazırda bu göstərici təxminən 70%-ə bərabərdir.

"APA-Economics"in məlumatına görə, bunu “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktar "İnnovasiya həftəsi" çərçivəsində təşkil olunan "World Net Summit" beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə öz texnologiyalarını inkişaf etdirmək üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən icra olunan proqram nəticəsində milliləşdirilmə prosesinə başlanılmışdı. Bunun nəticəsi kimi, yerli texnologiyalarla yanaşı, yerli mühəndislərin inkişaf etdirdiyi müxtəlif növ müdafiə vasitələri də uğur əldə edib və hazırda ixraca yöbəldilir.

"Əgər bu şəkildə davam etsək, gələcəyin texnoloji trendlərinə fokuslansaq, bugünkü texnologiyalara deyil, sabahın yarışlarına bu gündən hazırlaşsaq, etik və əxlaqi yola çıxsaq biz ən yaxşısını edə bilərik", - deyə S. Bayraktar qeyd edib.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »